Məzmuna keç

Kanar adalarına 1606 qanunsuz miqrant gəlib

Son iki gün ərzində İspaniyanın cənub-qərbindəki Kanar adalarına 1606 qanunsuz miqrant gəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Kanar adalarının muxtar administrasiyası və mülki yardım qrupları məlumat yayıb.

Məlumata görə, 21-22 oktyabr tarixlərində müxtəlif qruplarda Kanar adalarına ümumilikdə 1606 qeyri-qanuni mühacir gəlib.

Qanunsuz miqrantlar arasında qadınlar və uşaqlar da var. Onların səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, İspaniya Daxili İşlər Nazirliyi, təkcə oktyabrın ilk 15 günü ərzində Kanar adaları sahillərinə ümumilikdə 8561 qanunsuz miqrantın gəldiyini açıqlayıb.

Cari ildə Kanar adalarına 24 mindən çox qanunsuz miqrant gəlib ki, bu da ötən illə müqayisədə 79,4 faiz artım deməkdir.

Şəbnəm Mehdizadə