Türkiyənin Bursa şəhərində 10 mərtəbəli yaşayış binasında yanğın başlayıb.
E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, Bursanın Yıldırım rayonunda baş verən yanğına hazırda müdaxilə edilir.
Yanğın olan binaya çox sayda yanğınsöndürmə briqadası və təcili tibbi yardım əməkdaşları göndərilib.
Tüstüdən zəhərlənmiş sakinlər eyvanlara çıxaraq kömək istəyib.
Yanğınsöndürən briqadalar alova müdaxilə edərək vətəndaşları təxliyə edirlər.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
