Türkiyənin Muğla şəhərində qanunsuz miqrantlar saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığına Bodrum sahillərində hərəkətdə olan rezin qayıqda bir qrup qanunsuz miqrantın olmasına dair məlumat daxil olub.
Sahil mühafizəsinin əməkdaşları tərəfindən dayandırılan qayıqda 32 qanunsuz miqrant saxlanılıb.
Miqrantlar müvafiq hüquqi prosedurlardan sonra Muğla Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
