Məzmuna keç

Türkiyədə PKK ilə əməkdaşlıq edən 13 nəfər həbs olunub

Türkiyənin Siirt şəhərində təxribat törətməyə hazırlaşan və PKK terrorçuları ilə əməkdaşlıq etdiyi müəyyən edilən 13 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə şəhər valiliyi məlumat yayıb.

Bildirilib ki, Siirt Polis İdarəsinin Kəşfiyyat və Terrorla Mübarizə şöbələrinin apardığı birgə istintaq çərçivəsində oktyabrın 10-da şəhərdə hücum həyat keçirməyə çalışan PKK/KCK üzvünün tutulmasından sonra davam edən araşdırmalar nəticəsində terrorçunun əlbir olduğu şəxslər barədə məlumatlar əldə edilib.

Bununla əlaqədar olaraq Siirt, Batman, Şırnak və Mardində eyni vaxtda həyata keçirilən əməliyyatda 22 şübhəli şəxs saxlanılıb, çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Şübhəli şəxslərdən 13-ü həbs edilib, 9-u isə məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə