Məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 3 nəfər saxlanılıb

Türkiyənin Rize şəhərində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 3 nəfər yaxalanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı araşdırma aparıb.

Sözügedən terror təşkilatının gizli strukturuna daxil olduğu və təşkilatın təbliğatını apardığı müəyyən edilən 2 şübhəli şəxs və terror təşkilatına üzv olmaqda ittiham olunaraq barəsində həbs qərarı çıxarılan 1 nəfərin ünvanında əməliyyat keçirilib.

Saxlanılan 3 nəfərlə bağlı polis idarəsindəki müvafiq prosedurlar tamamlandıqdan sonra ədliyyəyə göndəriliblər.

Barəsində həbs qərarı olan şəxs cəzaçəkmə müəssisəsinə göndərilib, digər 2 nəfər isə məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə