Məzmuna keç

Türkiyədə PKK/KCK-ya qarşı əməliyyatda terrorçulara məxsus əşyalar ələ keçirilib

Türkiyənin Hakkari şəhərində PKK/KCK terror təşkilatına qarşı əməliyyatda terrorçulara məxsus müxtəlif əşyalar ələ keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Hakkari Valiliyi məlumat yayıb.

Məlumata görə, Jandarma Komandanlığı tərəfindən keçirilən əməliyyat zamanı 11 ədəd qaz balonu, silah-sursat və terrorçulara məxsus geyim əşyaları ələ keçirilib.

Şəbnəm Mehdizadə