Türkiyənin Bursa şəhərində minik avtomobili ilə xidməti avtobusun toqquşması nəticəsində 11 nəfər yaralanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Bursanın İnegöl rayonunda baş verib.
Qəza zamanı yaralanan 11 nəfər İnegöl Dövlət Xəstəxanasına xəstəxanasına aparılıb. Onların səhhətinin yaxşı olduğu bildirilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
