Məzmuna keç

Qanunsuz yollarla Türkiyəyə keçən 23 miqrant deportasiya ediləcək

Türkiyənin Qars şəhərində 23 qeyri-qanuni miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı miqrant qaçaqmalçılığı və insan alveri ilə mübarizə çərçivəsində monitorinqlər keçirib.

Yoxlamalar zamanı komandanlığın əməkdaşları ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 23 qeyri-qanuni miqrantı yaxalayıb.

Saxlanılan miqrantlar müvafiq prosedurlardan sonra deportasiya ediləcək.

Şəbnəm Mehdizadə