Məzmuna keç

İki avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb

Türkiyənin Aydın şəhərində iki avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Germencik rayonunda qeydə alınıb. Aydın-İzmir şosesində, Atatürk küçəsində İsmayıl Can D.-nin idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkətdə olan Kadir S.-nin idarə etdiyi avtomobillə toqquşub.

Qəzada sürücüər və nəqliyyat vasitələrində olan 7 nəfər yaralanıb.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb. Onların həyatı üçün təhlükə olmadığı bildirilib.

Qəza səbəbindən nəqliyyatın hərəkətinə bağlanan yol qısa müddətdə açılıb.

Şəbnəm Mehdizadə