Türkiyənin İstanbul şəhərində özünü bank işçisi kimi təqdim edərək vətəndaşa qarşı dələduzluq edən 3 nəfər şəxs həbs olunub.
E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına şikayət edən şəxs 930 min lirəsinin dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.
Dərhal hərəkətə keçən polis şübhəlilərin kimliyini və ünvanlarını müəyyən edib. Əməliyyat zamanı saxlanılan şübhəlilərin həmin vəsaiti başqa hesablara göndərdikləri müəyyən edilib.
Polis bölməsindəki müvafiq prosedurlardan sonra şübhəlilər həbs edilib.
Şəbnəm Mehdizadə
