Məzmuna keç

Toyda qohumlar arasında dava düşdü, 2 nəfər bıçaqlandı

Türkiyənin Diyarbəkir şəhərində toy mərasimində qohumlar arasında mübahisə zamanı 2 nəfər bıçaqlanıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, şadlıq saraylarının birində qohumlar arasında mübahisə yaranıb. Bu zaman iki nəfər bıçaqlanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları göndərilib.

Yaralılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə