Məzmuna keç

İraqın şimalında 6 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Kilid" əməliyyat zonasında həyata keçirilən hava əməliyyatı nəticəsində 6 PKK terrorçusunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, ölkə daxilində və sərhəddən kənarda terror təşkilatlarına qarşı mübarizə qətiyyətlə davam edir.

"Bölgədə bir dənə də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək!",- deyə qeyd olunub.

Şəbnəm Mehdizadə