İspaniyanın Şimali Afrikadan dəniz yolu ilə ən çox immiqrant qəbul edən bölgəsi olan Kanar adalarına son 1 ayda 13 mindən çox qeyri-qanuni miqrant gəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, oktyabr ayında bölgəyə gələn qanunsuz miqrantların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, bölgəyə gələn təxminən 28 min miqrantın 13 mindən çoxu son 30 gündə qeydə alınıb.
Şimali Afrika sahillərində aşkarlanan miqrantlar Böyük Kanarya, Tenerife və ya El-Hierro adalarındakı Sahil Mühafizəsi qrupları tərəfindən xilas edilərək sahilə çıxarılıb.
Hökumət Kanar adalarında bütün sığınacaqlar dolduğuna görə miqrantları İspaniyanın digər muxtar bölgələrinə göndərir. İspaniyanın inteqrasiya, sosial təminat və miqrasiya naziri Xose Luis Eskriva son 1 ay ərzində 5 mindən çox miqrantın köçürüldüyünü deyib.
Şəbnəm Mehdizadə
