Türkiyənin Afyonkarahisar şəhərində 5 məktəbli qidadan zəhərlənib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qız məktəbinin yataqxanasında qalan şagirdlər yeməkdən sonra özlərini narahat hiss etməyə başlayıb. Ürəkbulanma və ishal şikayəti ilə xəstəxanaya yerləşdirilən məktəblilərə zəhərlənmə diaqnozu qoyulub.
Hazırda Afyonqarahisar Tibb Elmləri Universitetində müalicələri davam edən şagirdlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
