Türkiyəni Balıkesir şəhərində balıqçı gəmisində 120 qanunsuz miqrant yaxalanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında hərəkətə keçən sahil mühafizəçiləri şəhərin Erdek mahalı sahillərində balıqçı gəmisini saxlayıb.
Kapıdağ yarımadasının şimalında dayandırılan gəmidə aralarında uşaq və qadınların da olduğu 120 qeyri-qanuni miqrant saxlanılıb.
Suriya və Əfqanıstan vətəndaşları mühacirlər Sahil Mühafizəsi Komandanlığına gətirilib. Buradakı müvafiq prosedurlardan sonra onlar deportasiya ediləcəyi bildirilib.
Gəəminin kapitanı həsb olunub.
İstintaq davam edir.
Şəbnəm Mehdizadə
