Belçikanın paytaxtı Brüsseldə bir nəfər saxta silahla supermarketə daxil olaraq işçiləri hədələyib və şokolad oğurlayaraq qaçıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Brüssel polisindən məlumat verilib.
Belə ki, ötən həftə Brüsselin Molenbek rayonundakı supermarketdə soyğunçuluq hadisəsi barədə polisə məlumat verilib. Hadisə yerinə gedən polis naməlum şəxsin silahla hədələyərək supermarketdən bir neçə qutu şokolad oğurladığını və qaçdığını öyrənib.
Şübhəli şəxs saxlanılıb. Axtarış zamanı həmin şəxsin üzərindən saxta tapança və bir neçə bağlama şokolad götürülüb. İfadəsi alındıqdan sonra o, sərbəst buraxılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə
