Türkiyədə ötən həftə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 6 nəfər saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara Polis İdarəsi Ankara Prokurorluğu ilə birgə mərkəzi paytaxt Ankara olmaqla 7 vilayətdə əməliyyat keçirib.
Əməliyyatlar zamanı saxlanılan 6 şübhəlidən 4-ü həbs edilib, digər ikisi isə deportasiya edilib.
Qaçan şübhəlilərin tutulması üçün axtarışlar davam edir.
Şəbnəm Mehdizadə
