Türkiyənin İstanbul şəhərində tələbə yataqxanasında kütləvi zəhərlənmə olub.
E-huquq.az DHA-ya istinadən xəbər verir ki, 60-a yaxın tələbə axşam saatlarında yedikləri yeməkdən zəhərlənib. Tələbələr təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
İddiaya görə, tələbələr axşam yeməyində toyuq yeyib. Bir müddət sonra qusma və başgicəllənmədən şikayət edən tələbələr əvvəlcə yataqxana işçilərinə, daha sonra isə təcili tibbi yardıma məlumat veriblər.
Xəstəxanaya aparılan tələblərin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
