Nigeriyanın cənubundakı Abia əyalətində 70-dən çox cəsəd tapılıb.
E-huquq.az Vanguard qəzetinə istinadən xəbər verir ki, bu barədə Abia qubernatoru Aleks Otti məlumat verib.
O bildirib ki, əyalətdə adam oğurluğu halları artdığına görə Umunneochi bölgəsində silahlı dəstə üzvlərinə qarşı əməliyyattəşkil edilib. Qubernator basqın zamanı mal-qara bazarının ətrafında 50-dən çox çürümüş cəsəd və 20-dən çox başsız qadın və uşaq cəsədi, həmçinin çoxlu insan skeletlərinin tapıldığını deyib.
Otti bölgədə sülh və təhlükəsizliyin tam təmin olunana qədər silahlı dəstə üzvlərinə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.
Şəbnəm Mehdizadə
