Türkiyə Silahlı Qüvvələri "Zeytun Budağı" əməliyyat bölgəsinə hücum etməyə cəhd edən 2 PKK/YPG terrorçusu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik sülh və təhlükəsizlik mühitini pozmaq istəyən terrorçuların hücum cəhdlərinə sərt cavab verildiyini bildirib.
Şəbnəm Mehdizadə
