Məzmuna keç

Türkiyənin 28 vilayətində terrorçulara məxsus sığınacaqlar məhv edilib

Türkiyənin 28 vilayətində keçirilən əməliyyat nəticəsində terrorçulara məxsus 11 böyük mağara və sığınacaq, eyni zamanda çoxlu sayda partlayıcı maddə məhv edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Terrorla mübarizənin həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam etdiyini deyən nazir teterrorçuların qış aylarında sığınmaq məqsədilə hazırladıqları mağaraları və sığınacaqları məhv etmək üçün “Qəhrəmanlar əməliyyatı” təşkil edildiyini bildirib.

Onun sözlərinə görə, Hakkari, Siirt, Şırnak, Van, Bitlis, Adıyaman, Qaziantep, Hatay, Kahramanmaraş, Osmaniye, Diyarbakır, Mardin, Batman, Ağrı, Ərzincan, Ərzurum, Qars, Iğdır, Giresun, Gümüşhane, Ordu, Tokat, Rize, Tunceli, Bingöl, Elazığ, Muş və Sivas da daxil olmaqla 28 vilayətdə çoxlu mağaralar, sığınacaqlar və partlayıcı maddələr məhv edilib. Həmçinin çoxlu sayda təşkilati sənədlər ələ keçirilib.

"Terror mərkəzlərini harada tapsaq, məhv edirik və etməyə də davam edəcəyik. Biz gecə-gündüz demədən əməliyyat aparırıq. Terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər qətiyyətlə davam edəcək", – Yerlikaya deyib.

Şəbnəm Mehdizadə