Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı təxribata hazırlaşan terrorçulara qarşı əməliyyat keçirib.
E-huquq.az xəbər verir ki, əməliyyat çərçivəsinə PKK/KCK terror təşkilatının Metina bölgəsi üzrə məsul şəxsi, "Hüseyin Piran" kod adlı Cahit Aktay məhv edilib.
Aktay təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi "Pəncə-Kilid" əməliyyatına qarşı fəaliyyət üçün təşkilatın rəhbərliyi tərəfindən xüsusi olaraq təlimatlandırılıb. O, terrorçuluğa görə axtarışda olanların siyahısında yer alıb.
2008-ci ildə PKK/KCK-nin sıralarına qoşulan Aktay 2009-2012-ci illər arasında Şimali İraqın Qəndil bölgəsində olub. 2012-2015-ci illər arasında Kato/Jirka bölgəsinə köçən Aktay təşkilati fəaliyyətlərdə iştirak edib. O, 2019-cu ildən etibarən Şimali İraqdakı Metina bölgəsində təşkilatın məsul şəxsi kimi fəaliyyətə başlayıb.
Şəbnəm Mehdizadə
