Məzmuna keç

İzmirdə 300-dən çox qeyri-qanuni miqrant tutulub

Türkiyənin İzmir şəhərində 309 qeyri-qanuni miqrant tutulub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barərdə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazir sosial media hesabında “Qalxan” əməliyyatı ilə bağlı təfərrüatları açıqlayıb.

O, Basmane bölgəsi başda olmaqla İzmir şəhərində həyata keçirilən "Qalxan" əməliyyatlarında 309 qeyri-qanuni miqrantın tutulduğunu deyib.

Miqrantların repatriasiyası üçün prosedurlara başlanılıb.

Şəbnəm Mehdizadə