Məzmuna keç

Universitetin bufetində yemək yeyən 100-dək tələbə zəhərləndi

Türkiyənin Sivas şəhərində universitet tələbələri arasında kütləvi zəhərlənmə olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Sivas Cümhuriyyət Universitetinin kampusunda baş verib.

Dünən şəhərcikdəki bufetdən yemək yeyən tələbələr axşam saatlarında ürək bulanması şikayəti ilə xəstəxanaya müraciət ediblər.

Qida zəhərlənməsi diaqnozu qoyulan 88 tələbəyə tibbi yardım göstərilib. Onların səhhətinin yaxşı olduğu bildirilib. Tələbələrdən bəziləri evə buraxılıb, digərlərinin müalicəsi isə davam etdirilir.

Şəbnəm Mehdizadə