Məzmuna keç

Türkiyədə fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, 14 nəfər xəsarət alıb

Türkiyənin Kocaeli şəhərində işçiləri daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 14 xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çayırova rayonunda işçiləri daşıyan mikroavtobus yolun kənarında dayanan avtomobilə çırpılıb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücü, mikroavtobusda olan 9 fəhlə və minik avtomobilindəki 3 sərnişin yaralanıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qəza səbəbindən yol uzun müddət nəqliyyatın hərəkətinə bağlı olub.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Şəbnəm Mehdizadə