Məzmuna keç

Türkiyədə Quran kursunda yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib

Türkiyənin Ərzurum şəhərində Quran kursunda yanğın olub.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, 55 qız şagirdin təhsil aldığı üçmərtəbəli xüsusi Quran kursunda naməlum səbəbdən baş verən yanğının söndürülməsinə çox sayda yanğınsöndürən cəlb olunub.

Yanğında tüstüdən zərər çəkən 6 şagird ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində kursun binasına ciddi ziyan dəyib.

Şəbnəm Mehdizadə