Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda silahlı insident zamanı 3 polis əməkdaşı yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında silah səslərinin eşildiyi əraziyə cəlb olunan polis əməkdaşları ov tüfəngi ilə atəş açan şəxsə təslim olmaq barədə xəbərdarlıq edib.
Çağırışa məhəl qoymayan şəxs qaçaraq yaxınlıqdakı evlərdən birində gizlənib. Daha sonra o, həmin mənzilin pəncərəsindən atəş açmağa davam edib. Nəticədə 3 polis əməkdaşı və 1 mülki şəxs yaralanıb.
Şübhəli şəxs daha sonra silahı ataraq hadisə yerindən qaçıb.
Hazırda onun tutulması istiqamətində əməliyyat davam edir.
Şəbnəm Mehdizadə
