"Bu gün Rusiya təyyarələri Ukraynanın Odessa vilayətinə raketlərlə hücum edib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının İctimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
"Ruslar cənub rayonlarına havadan hücum etməkdə davam edir. Xüsusilə, səhər saatlarında Qara dəniz üzərindən Odessa bölgəsinə iki raket atılıb. Hər iki hücum dəf edilib. Noyabrın 1-də Cənub Hərbi Hava Komandanlığının Odessa zenit-raket briqadası dəniz üzərində Rusiya taktiki təyyarələrindən atılan və Odessa bölgəsi istiqamətində hədəflənmiş iki X-59 idarəolunan təyyarə raketini məhv edib", – məlumatda deyilir.
Şəbnəm Mehdizadə
