Məzmuna keç

Türkiyədə 113 qanunsuz miqrant xilas edilib

Türkiyənin Muğla şəhərində 113 qanunsuz miqrant xilas edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Muğlanın Dalaman sahillərində Yunanıstan tərəfindən geri qaytarılan 4 rezin qayıqda 70 qanunsuz miqrant müəyyən edilib.

Bölgəyə dərhal Sahil Mühafizə gəmisi göndərilib. Qanunsuz miqrantlar Sahil Mühafizəsinin əməkdaşları tərəfindən xilas edilib.

Datça sahillərində isə 43 nizamsız miqrantın olduğu rezin qayığın mühərriki xarab olub. Miqrantlar xilas edilərək sahilə çıxarılıb.

Şəbnəm Mehdizadə