"İşğalçılar ötən sutkada Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə 5 raket və 75 hava zərbəsi endirib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 56 hücum həyata keçirilib: "Təəssüf ki, dinc əhali arasında ölən və yaralananlar var. Yaşayış binaları və digər mülki infrastrukturlar dağıdılıb".
Qeyd olunub ki, Çerniqov, Sumı, Xarkov, Luqansk, Donetsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərində 100-dən çox yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb: "Onlarla kənd və qəsəbə hava zərbələrinə məruz qalıb".
Şəbnəm Mehdizadə
