Məzmuna keç

İstanbulda PKK-ya qarşı əməliyyatda 11 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatına qarşı keçirilən əməliyyatda 11 şübhəli şəxs saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Kəşfiyyat və Terrorla Mübarizə Şöbəsinin əməkdaşları terror təşkilatının fəaliyyətinin ifşası və qarşısının alınması üçün birgə əməliyyat keçirib.

PYD/YPG terror təşkilatının tərkibində fəaliyyət göstərdiyi dövrə aid məlumat və fotoları olan şübhəlilərin şəxsiyyəti və ünvanları müəyyən edildikdən sonra şəhərin 10 rayonunda 13 ünvanda eyni vaxtda keçirilən əməliyyat zamanı 11 şübhəli şəxs saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı rəqəmsal materiallar ələ keçirilib.

Həmin şəxslər polis bölməsinə aparılıb.

Şəbnəm Mehdizadə