Məzmuna keç

Türkiyə MN: “Son bir həftədə 87 terrorçu zərərsizləşdirilib”

İraq və Suriyanın şimalında son bir həftədə 87 terrorçu zərərsizləşdirilib. Beləliklə, bu il zərərsizləşdirilən terrorçuların sayı 1802-yə yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik terrorçulara qarşı mübarizənin intensiv şəkildə davam etdiyini bildirib. Qeyd olunub ki, 2015-ci ildən bəri həyata keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilən terrorçuların ümumi sayı 39 min 145-ə çatıb.

Həmçinin son 1 həftə ərzində sərhədi qanunsuz keçməyə cəhd edən 561 nəfər yaxalanıb. Həmin şəxslərdən 5-nin FETÖ terror təşkilatının üzvü olduğu bildirilib. İl ərzində qeyri-qanuni yollarla sərhədi keçmək istəyərkən tutulanların sayı 10 min 974-ə yüksəlib ki, onlardan 394-ü FETÖ üzvü olub.

Nazirliyin məlumatında vurğulanıb ki, yeni məlumatlar və sənədlər əsasında FETÖ terror təşkilatına qarşı mübarizə qətiyyətlə davam edir.

Şəbnəm Mehdizadə