ABŞ-ın Kaliforniya ştatında iki nəfərdə "danq qızdırması" aşkarlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pasadena şəhərinin səhiyyə idarəsi məlumat yayıb
İdarə həmin şəxslərin müalicəsinin davam etdiyini bildirib. Xaricə səyahət etməyən şəxsin bu virusa yoluxması ABŞ-da nadir hadisə kimi qiymətləndirilib.
Həkimlər xəstəliyin başqalarına keçmə riskinin az olduğunu bildirib.
Qeyd edək ki, tropik və subtropik bölgələrdə rast gəlinən danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə müşahidə olunan xəstəlik bəzi hallarda ölümlə nəticələnir. Yağışlı dövrlər kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında yoluxmaların sayı artır.
Şəbnəm Mehdizadə
