Türkiyənin Muğla şəhərində 113 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, Sahil Mühafizəsi radarları tərəfindən Muğlanın Bodrum sahillərində 4 rezin qayığın olması müəyyən edilib. Bölgəyə yönəldilən Komandanlığın əməkdaşları tərəfindən qayıqlarda olan 113 qanunsuz miqrant və 1 miqrant qaçaqmalçısı saxlanılıb.
Şəbnəm Mehdizadə
