Rusiya ordusu Avdiivka istiqamətində növbəti böyük hücuma hazırlaşır.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, ruslar Avdiivka yaxınlığında hücum əməliyyatlarını davam etdirib və müəyyən uğurlar əldə ediblər: "Geolokasiya görüntüləri göstərir ki, rus qoşunları Krasnoqorovkadan (Avdeevkadan 4 km şimalda) Avdiivkanın şimalındakı dəmir yolu xəttinə qədər irəliləyib. Avdiivka koks zavodu yaxınlığında və Avdiivka ilə Opıtnı şəhərlərinin cənub və cənub-qərb kənarlarında da döyüşlər davam edir. Eyni zamanda, Ukrayna qoşunları bu ərazidə daim əks-hücumlara keçir".
Hesabatda bildirilib ki, rus qoşunları ehtiyat döyüşçüləri tez bir zamanda döyüşə cəlb etmək üçün Avdiivka bölgəsində nəzərdə tutulan hücum istiqamətlərinə yaxın arxa ərazilərdə sürətlə istehkamlar qurur. Bundan əlavə, Baxmut bölgəsində döyüşlər davam edir, lakin nə Ukrayna Silahlı Qüvvələri, nə də Rusiya işğalçıları irəli getməyib.
Qeyd olunub ki, ki, Ukrayna Silahlı Qüvvələri noyabrın 2-də Uqledar yaxınlığında Rusiyanın mexanikləşdirilmiş hücumlarını dəf edib. Geolokasiya görüntüləri Ukrayna qüvvələrinin Uqledardan 4 km cənub-şərqdə, Nikolskoyenin şərq kənarında Rusiyanın zirehli texnikasına zərbələr endirdiyini göstərir.
Şəbnəm Mehdizadə
