Məzmuna keç

Ukrayna BQ: “Son sutkada bir neçə istiqamətdə Rusiyanın onlarla hücumu dəf edilib”

"Son 24 saat ərzində ukraynalı müdafiəçilər eyni anda bir neçə istiqamətdə Rusiyanın onlarla hücumunu dəf ediblər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, gün ərzində cəbhədə düşmənlə 66 hərbi toqquşma olub.

"Belə ki, ruslar Kupyansk istiqamətində Sinkovka, Xarkov vilayətində İvanovka və Luqansk vilayətində Stelmaxovka yaxınlığında uğursuz hücum əməliyyatları həyata keçiriblər. Ukrayna müdafiəçiləri burada düşmənin 10-a yaxın hücumunu dəf ediblər. Rus işğalçıları Kleşçievka yaxınlığında itirilmiş mövqeyini bərpa etməyə növbəti dəfə uğursuz cəhd ediblər. Ruslar, həmçinin Donetsk vilayətinin Boqdanovka və Xrove rayonlarında da uğursuz hücum əməliyyatları həyata keçiriblər. Öz növbəsində, Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinin cənubunda hücum əməliyyatlarını davam etdirir. Ukrayna qoşunları rus ordusuna canlı qüvvə və texnika istkisi verdirir, əldə olunan xətlərdə möhkəmlənir", – deyə qeyd olunub.

Eyni zamanda, qeyd olunub ki, işğalçılar aviasiyanın dəstəyi ilə Avdiivkanı mühasirəyə almağa çalışmağa davam edirlər: "Bununla belə, Ukrayna əsgərləri müdafiəni qətiyyətlə davam etdirir və işğalçılara xeyli itki verdirirlər. Nəticədə rusların Donetsk vilayətinin Stepnoe, Tonenkoe, Avdiivka, Severnoe, Pervomayskoe yaşayış məntəqələri ərazilərinə hücum cəhdləri uğursuz alınıb. Burada Müdafiə Qüvvələri düşmənin 20-yə yaxın hücumunu dəf edib. Bundan əlavə, Limanski istiqamətində düşmən Donetsk vilayətinin Verxnekamenski bölgəsində və Staromayorski yaxınlığında Şaxtarıskidə uğursuz hücum əməliyyatları həyata keçirib. Marinsk istiqamətində rus Donetsk vilayətinin Marinka və Novomixailovka bölgələrinə hücumlar zamanı uğur qazana bilməyiblər, burada Ukrayna əsgərləri düşmənin 20-yə yaxın hücumunu dəf edib"

Baş Qərargahın məlumatına görə, son 24 saat ərzində ruslar Zaporojye vilayətinin Rabotino yaxınlığında itirilmiş mövqelərini bərpa etməyə də cəhd göstəriblər: Həmçinin, Ukrayna Silahlı Qüvvələri Melitopol istiqamətində irəliləməyə davam edir. Orada ukraynalı müdafiəçilər düşmənə canlı qüvvə və texnikada itki verdirir. Ukrayna hərbçiləri Xerson istiqamətində əks-batareya döyüşü aparır".

Şəbnəm Mehdizadə