Məzmuna keç

Avtobus yük maşını ilə toqquşdu, 11 nəfər xəsarət aldı

Türkiyənin Zonquldak şəhərində yük maşını ilə avtobusun toqquşması nəticəsində 11 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Çaycuma rayonunda qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan şəxslər ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.

Jandarma və polis əməkdaşları nəqliyyatın hərəkətinə bağlanmış yolda təhlükəsizliyin təmin olunması üçün tədbirlər görüb.

Şəbnəm Mehdizadə