Məzmuna keç

Muğlada meşə yanğını başlayıb

Türkiyənin Muğla şəhərində meşəlik ərazidə yanğın başlayıb.

E-huquq.az DHA-ya istinadən xəbər verir ki, Muğlanın Bencik adlı ərazisində meşəlik ərazidə başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə böyüyüb.

Yanğının söndürülməsi üçün hadisə yerinə Muğla Regional Meşə İdarəsinə aid su maşınları, çoxlu sayda yanğınsöndürən və xilasetmə qrupları cəlb edilib.

Qruplar qurudan müdaxilə edərək yanğına nəzarət etməyə çalışır.

Şəbnəm Mehdizadə