Türkiyənin İsparta şəhərində dəm qazından kütləvi zəhərlənmə olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Akkent rayonunda yerləşən Loğman Həkim Peşə və Anadolu Texniki Liseyində təbii qaz klapanında baş verən sızma nəticəsində 10 şagird zəhərlənib.
Zərərçəkmişlər İsparta Şəhər Xəstəxanasına aparılıb. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.
Şəbnəm Mehdizadə
