Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Vanın Başkale rayonunda hərbi maşın keçərkən terror təşkilatı üzvlərinin yerləşdirdiyi əvvəlcədən quraşdırılmış və kustar üsulla hazırlanmış partlayıcı maddə işə düşüb. Hadisə nəticəsində hərbçi Səməd Bektaş yaralanıb.
Dərhal xəstəxanaya yerləşdirilən hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Şəbnəm Mehdizadə
