Suriyadan Türkiyəyə keçməyə cəhd edən PKK/PYD terror təşkilatının 1 üzvü saxlanılıb.
E-huquq. az “TRT Haber”ə istinadən xəbər verir ki, terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyinə dair kəşfiyyat məlumatı əldə edildikdən sonra sərhəd xəttində təhlükəsizlik tədbirləri gücləndirilib.
Komandalar terror təşkilatı üzvünü Şanlıurfanın Ceylanpınar adlı ərazisində, sərhəd xəttində yaxalayıb.
Saxlanılan şəxslə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
