"Ukrayna Silahlı Qüvvələri son sutkada Xerson vilayətinin sol sahilində irəliləyib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
ISW analitiklərinin geolokasiya videosuna istinadən verdiyi məlumata görə, Ukrayna qoşunları Podstepovoy yaxınlığındakı günəş panelləri fermasının cənub-qərbində irəliləyiş əldə edib. Eyni zamanda, digər videolar da Müdafiə Qüvvələrinin Krınkidə mövqe tutduğunu təsdiqləyir. Rusiyalı hərbi bloqer də Krınki və Pesçanivka-Poima xətti boyunca mövqe döyüşlərinin davam etdiyini təsdiqləyib.
Məlumata görə, rus qoşunları Xerson vilayətinin sağ sahilinə hücum etməkdə davam edib. Ukrayna Silahlı Qüvvələrinin "Cənub" Əməliyyat Komandanlığından bildirilib ki, işğalçı qüvvələr son 24 saat ərzində yaşayış məntəqələrinə 50 bomba ilə 9 hava hücumu həyata keçirib.
Şəbnəm Mehdizadə
