Məzmuna keç

Suriyanın şimalında 2 PKK terrorçusu zərərsizləşdirildi

Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ölkə daxilində və hüdudlardan kənarda terrora qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.

"Terrorçuların xilas yolu yoxdur! Əməliyyatlarımız bundan sonra da eyni sürətlə davam edəcək!" – deyə vurğulanıb.

Şəbnəm Mehdizadə