Məzmuna keç

Türkiyədə PKK terrorçularına məxsus 5 sığınacaq məhv edilib

Türkiyənin Qars şəhərində PKK terror təşkilatına qarşı keçirilən əməliyyatda terrorçulara məxsus 5 sığınacaq məhv edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, terrorçuların qış aylarında sığınmaq məqsədilə hazırladığı sığınacaqları məhv etmək üçün Jandarma Komandanlığı tərəfindən hava əməliyyatı keçirilib.

Əməliyyat zamanı terrorçuların istifadə etdiyi 5 sığınacaq və 2 anbar aşkar edilib.

Anbarlarda aparılan axtarışlar nəticəsində çoxlu məişət əşyası, 72 təşkilati sənəd, partlayıcı maddələrin hazırlanmasında istifadə edilən 5 böyük və 2 kiçik boru, partlayıcı təsirini artırmaq üçün istifadə edilən 5 kiloqram mismar götürülüb.

Əməliyyat zamanı sığınacaqlar dağıdılıb, ekspertizaya yararlı materiallar saxlanılıb.

Şəbnəm Mehdizadə