Kamerunda "Boko Haram" terror qruplaşmasının hücumu nəticəsində 16 mülki şəxs həlak olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçular Uzaq Şimal bölgəsindəki Liman qəsəbəsində dinc sakinlərə hücum edib.
Hücumda 16 mülki vətəndaş həyatını itirib.
Hücumdan sonra təhlükəsizlik qüvvələri bölgədə əməliyyata başlayıb.
Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan "Boko Haram" silahlı qruplaşmasının 2009-cu ildən bəri təşkil etdiyi kütləvi hücumlarda 20 mindən çox insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Şəbnəm Mehdizadə
