Türkiyənin Qars şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olmağa çalışan 8 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən sərhədi keçməyə çalışan miqrantlara qarşı əməliyyat keçirilib.
Saxlanılan miqrantlardan 4-ü Əfqanıstan, 4-ü isə Pakistan vətəndaşıdır.
Miqrantlar müvafiq prosedurlardan sonra deportasiya olunacaqlar.
Şəbnəm Mehdizadə
