Sudanın paytaxtı Xartumda bazar ərazisinə artilleriya mərmisinin düşməsi nəticəsində 34 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın qərbindəki Omdurmanın Kerari rayonunda bazara top mərmisi düşüb.
Hadisə zamanı 34 mülki vətəndaş həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Xatırladaq ki, dünən paytaxt Xartumda evlərə artilleriya mərmilərinin düşməsi nəticəsində 15 nəfər ölüb.
Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.
Şəbnəm Mehdizadə
