Türkiyənin Yalova şəhərində tələbələr arasında kütləvi zəhərlənmə hadisəsi olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, tələbə yataqxanasında axşam yeməyindən sonra 132 nəfər ishal və ürəkbulanma şikayətləri ilə Yalova Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib.
Müalicə olunan tələbələrin ümumi vəziyyətinin qənətbəxş olduğu olduğu bildirilib. Onlardan bəziləri evə buraxılıb.
Yataqxanadan qida nümunələri götürülərək laboratoriyaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
