Keniya və Somalidə leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 29 nəfər həyatını itirib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, yağışlar yaşayış məntəqələrinə, kənd təsərrüfatına ciddi zərər vurub.
113 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.
Daşqınlar zamanı itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işləri davam edir. Lakin xeyli sayda insandan hələ də xəbər yoxdur.
Keniyada daşqınlarla bağlı vətəndaşlara xəbərdarlıq edilib, Somalinin bəzi bölgələrində "fövqəladə vəziyyət" elan edilib.
Qeyd edək ki, Somali və Keniya iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr arasındadır. Hər il minlərlə insan quraqlıq və daşqınlar səbəbilə evlərini tərk edir.
Şəbnəm Mehdizadə
