Məzmuna keç

İsrail ordusu HAMAS-ın daha bir komandirini öldürdü

İsrail ordusu Qəzza zolağında HAMAS-ın daha bir komandirini öldürüb.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində HAMAS-ın komandirlərindən biri olan Ahmed Siam məhv edilib. HAMAS-a qarşı əməliyyatlar zamanı Ahmad Siam Qəzza şəhərindəki "Əl-Rantisi" İxtisaslaşdırılmış Xəstəxanasına sığınan 1000 nəfərə yaxın sakini girov saxlayıb və onların anklavın cənubuna təxliyə edilməsinə icazə verməyib.